Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-23 13:40:31
Milli Məclisdə müzakirə: Şagirdlərin çantaları ağırdır...

"Bir deputat kimi seçicilərdən aşağı siniflərdə oxuyan şagirdlərin dərs proqramlarının və çantalarının ağır olması ilə bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır". 

 
 
AzEdu.az xəbər verir ki, bunu Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Rauf Əliyev deyib. 


“Bu problemlə bağlı dəfələrlə, hətta parlamentdə məsələ qaldırılsa da, Elm və Təhsil Nazirliyi tərəfindən tədbir görülməyib. Birinci və aşağı sinifdə oxuyan uşaqların çantası onlardan böyük və ağır olduğundan güclə daşıyırlar. Hətta çantalar çəkisi və ölçüsü 5-9 yaşlı uşaqların şagirdlərin boyundan, çəkisindən ağır olduğundan güclə daşıyırlar. Bu, ciddi problemdir və valideynləri narahat edir. Bu məsəl ilə bağlı xarici təcrübələrdən istifadə edə bilərik. Bəzi ölkələrdə dərsdən əlavə ev tapşırıqları yoxdur”, - deyə deputat bildirib.