Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-22 14:32:00
Bu universitet  “qəribə qadağa”sına aydınlıq gətirdi – “Tamamilə yanlışdı, tam sərbəstdirlər”

“Bakı Biznes Universitetində oğlanlara saqqal qadağası qoyulması xəbəri tamamilə yanlışdır. Tələbələr qeyri-tədris məsələlərində sərbəstdirlər”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bakı Biznes Universitetinin mətbuat xidmətinin rəhbəri Mədət Məmmədov deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə və  ya mətbuatda yayılan bu cür məlumatlar həqiqəti əks etdirmir:

“Oğlanlara saqqal qadağası qoyulması xəbəri tamamilə yanlışdır. Tələbələr qeyri-tədris məsələlərində sərbəstdirlər. Yayılan məlumatların da heç bir əsası yoxdur. Tələbələrə geyim və ya başqa məsələlərdə heç bir qadağa tətbiq olunmur”.

Xatırladaq ki, Bakı Biznes Universitetinin bir qrup tələbəsi oğlanların saqqalla ali məktəbə buraxılmadığını iddia edir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları