Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-20 11:09:00
Azərbaycanda rus dilində respublika olimpiadasına start verilib

Azərbaycanda Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 225 illiyinə və Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyinə həsr olunmuş rus dilində XVI respublika olimpiadasına start verilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən bildirilib.

 

Olimpiadada Azərbaycanda fəaliyyət göstərən məktəblərin rus dilində təhsil alan 7-9-cu sinif şagirdləri iştirak edəcəklər. Olimpiada yanvar-may aylarında iki mərhələdə keçiriləcək. Yekunda isə iyun ayında qaliblərin, məktəb direktorlarının və fəal iştirakçıların mükafatlandırılması mərasimi keçiriləcək.

 

Rus dilində olimpiada ənənəvi olaraq, Bakıdakı Rus Evi, Rusiyanın Azərbaycandakı səfirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimlər Assosiasiyası tərəfindən Azərbaycan Dillər Universitetinin dəstəyi ilə keçirilir.

 

Olimpiadanın informasiya tərəfdaşları qismində televiziya kanalları, informasiya agentlikləri və digərləri çıxış edir.