Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 16:45:50
MDU-da 20 Yanvar faciəsinə həsr olunmuş mühazirə keçirilib

2024-cü il yanvarın 19-da Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin təşkilatçılığı ilə Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda mühazirə keçirilib.

 

AzEdu.az xəbər verir ki, universitetin kiçik akt zalında keçirilən konfransda  MDU-nun professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov diqqətə çatdırıb ki, 34 il öncə müstəqil dövlətçilik tariximizin acılı, lakin şərəfli günləri yaşanıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra həmin hadisəyə hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdıran dekan 20 Yanvar şəhidlərinin xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağını vurğulayıb.

 

Açılış nitqindən sonra 20 Yanvar hadisələrinə aid videoçarx nümayiş etdirilib. Daha sonra tədbirin proqramına uyğun olaraq MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi Mətanət Yusifova məruzə ilə çıxış edib. Çıxış zamanı 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olduğu qeyd edilib. Həmin gün ən müasir silahlarla silahlanmış sovet ordusu Bakı şəhərinə daxil olaraq xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törədildiyi bildirilib. Azərbaycan xalqının öz azadlıq mübarizəsindən geri dönmədiyini, mənfur düşmənə sinə gərdiyini, ümummilli lider Heydər Əliyevin Azərbaycanın haqq səsinin dünyaya elan etməsi, xalqımıza qarşı törədilən faciəvi cinayətin səbəbkarlarının ictimaiyyət qarşısında ittiham etdiyini diqqətə çatdırıb.

 


Təqdim edilən məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Qeyd edək ki, MDU-da 20 Yanvar faciəsinin anım gününə həsr edilən müxtəlif
formatlı silsiləvi tədbirlər keçirilir.