Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 16:20:44
Məktəblilər Tarix və Etnologiya İnstitutunda

Bakı şəhər Binəqədi rayonu 83 nömrəli fizika-riyaziyyat-informatika və kimya-biologiya təmayüllü liseyin 8-9-cu sinif şagirdləri A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun qonağı olublar.

 

AzEdu.az xəbər verir ki, görüşdə məqsəd məktəblilərdə tarix elminə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub.

 

Elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev institutun yaranma tarixi, görülən işlər, əldə olunan ən son nailiyyətlər barədə şagirdlərə məlumat verib.

 

Daha sonra institutun şöbələri ilə tanış olan şagirdlərlə onları maraqlandıran mövzularda söhbətlər aparılıb.