Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 14:37:41
Azərbaycanlı ABŞ-də beynəlxalq institut təsis etdi

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə Amerika Birləşmiş Ştatlarında İnnovasiya, Mədəniyyət və Təhsilin İdarəedilməsi üzrə Sertifikatlaşdırma İnstitutu (ICICEM) təsis edib.

 

AzEdu.az xəbər verir ki, bu beynəlxalq institut müxtəlif sahələrdə, xüsusən də innovasiya, strateji idarəetmə, şəhər idarəetməsi, mədəniyyət, muzeylər, kitabxana, irsin qorunması, biznes etikası, mədəni zəka, yaradıcı iqtisadiyyat və təhsilin idarə edilməsi, təhsil liderliyi, məktəb idarəetməsi və məktəb valideynliyi, müxtəliflik, bərabərlik və inkluzivlik kimi sahələrdə peşəkarların və qurumların xüsusi təlim, araşdırma və qiymətləndirmə yolu ilə sertifikatlaşdırılmasını həyata keçirəcəkdir.

 

 

ICICEM tərkibində təqdim olunacaq proqramların məzmununu təsdiqləmək məqsədilə dünya səviyyəsində tanınmış ekspertlər və nüfuzlu şəxslərdən ibarət Beynəlxalq Sertifikatlaşdırma Şurası da yaradılmışdır. Bununla yanaşı hazırda əməkdaşlıq üçün bir sıra nüfuzlu beynəlxalq qurumlar və şirkətlərlə danışıqlar aparılır ki, ICICEM innovasiya liderliyinə, mədəniyyətin zənginləşdirilməsinə, irsin qorunmasına və təhsilin idarə edilməsinin inkişafına töhfə verən yüksək səriştəli mütəxəssislərdən ibarət qlobal birliyi inkişaf etdirən aparıcı beynəlxalq sertifikatlaşdırma institutu rolunu əldə etməyə nail olsun.

 

Cari ildə Azərbaycanda da bu sahələrdə peşəkarların yetişdirilməsi və dəstəklənməsi üçün Azərbaycan Yaradıcı Sənayelər Federasiyası vasitəsilə ICICEM-in bir sıra sertifikatlaşdırma təlimləri və mentorluq proqramları təqdim ediləcəkdir. Qeyd etmək istərdik ki, V.Eyvazzadə bir müddətdir ki, ABŞ-də yaşayır.