Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 13:50:19
UNEC-də imtahanda intizam qaydalarının pozulması halları kəskin azalıb - FOTO

UNEC-də növbəti “Açıq qapı” günü keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Açıq qapı”da UNEC-in İctimai Nəzarət Şurasının üzvləri, Milli Məclisin deputatı Arzu Nağıyev, “Modern” Media Qrupunun baş direktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva rektor, prof. Ədalət Muradovla birlikdə müraciətləri dinləyiblər.

 

Qəbula yazılan tələbələrin müraciətləri qaib limiti və imtahanlarda intizam qaydalarının pozulması barədə olub.

 

Müraciətlər dinlənildikdən sonra aidiyyatı üzrə tapşırıqlar verilib.

 

 

İctimai Nəzarət Şurasının üzvləri “Açıq qapı”ya müraciət edən tələbələrin sayının kəskin şəkildə azalmasını UNEC-də aparılan islahatların müsbət nəticəsi kimi qiymətləndiriblər.

 

Qeyd edək ki, növbəti “Açıq qapı” yanvarın 27-də, saat 11-də keçiriləcək.