Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 12:59:00
Sabirabadda məktəbdə yanğın baş verib

Sabirabadda məktəbdə yanğın olub.

 

AzEdu.az xəbər verir ki, FHN-dən verilən xəbərə görə, Sabirabad rayonunun Qaraqaşlı kəndində orta məktəb binasının birmərtəbəli korpusunun ümumi sahəsi 500 m² olan idman zalında 4 ədəd idman döşəyi qismən və döşəməsi 2 m² sahədə yanıb. İdman zalının qalan hissəsi yanğından mühafizə olunub.

 

 
 

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.