Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 09:54:07
Gəncədə 14, Bakıda 16 yaşlı qız itkin düşüb

Gəncədə məktəbli itkin düşüb.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Nigar Nurullayeva oxuduğu 27 saylı məktəbdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb.

 

Bundan başqa Bakı şəhəri Yasamal rayonunda yaşayan 2008-ci il təvəllüdlü Pərvanə Ləman Nadir qızı yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.