Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 09:00:47
Türkiyənin ilk astronavtı Alper Gezeravcının təhsili

Alper Gezeravcı 2 dekabr 1979-cu ildə Mersində anadan olub . Türkiyənin ilk kosmos səyahətçisi kimi vəsiqə qazanan uğurlu pilot , 21 il Türkiyə Hərbi Hava Qüvvələrində xidmət edib və bu müddət ərzində F-16 pilotu kimi bir çox uğurlara imza atıb .

 

AzEdu.az xəbər verir ki, Alper Gezeravcı Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasını Elektronika Mühəndisi ixtisası üzrə bitirib. Hərbi akademiya təhsilindən sonra Ohayo ştatının Dayton şəhərindəki ABŞ Hərbi Hava Qüvvələri Texnologiya İnstitutunda Hərəkət Araşdırmaları Departamentində təhsil alıb.

 

21 il Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığında xidmət edən Hava Pilotu Alper Gezeravcı F-16  Pilotu - Standart Donanma Akademik Qolu Komandiri vəzifəsini icra edən polkovnikdir .

 

Türkiyənin ilk kosmos səyahətçisi astronavt Alper Gezeravcı, "Bu səyahət bizim üçün bir məqsəd deyil, sadəcə olaraq kosmos tədqiqatlarında əldə etmək istədiklərimizə nail olmaq üçün bir vasitədir. Bu hələ başlanğıcdır",- deyə açıqlama verib.

 

Qeyd edək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcını daşıyan kapsul Bakı vaxtı kı 01:49-da kosmosa buraxılıb.