Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-17 15:14:00
Prezidentliyə namizədlər: Razi Nurullayevin TƏHSİLİ

Bu il fevralın 7-si növbədənkənar prezident seçkiləri keçiriləcək. 7 nəfər prezidentliyə namizədliyini irəli sürüb.

 

Namizədlər sırasında Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;. Milli Məclisin deputatı Zahid Oruc; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev yer alır.

 

AzEdu.az Təhsil Portalı hər bir namizədin təhsili barədə məlumat verir.

 

Namizdələrdən biri Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevdir.

 

Razi Nurullayev 1971-ci ilin aprelin 1-də İmişli rayonu Xəlfəli kəndində anadan olub. O, 1978–1988-ci illərdə İmişli rayonu Xəlfəli kənd məktəbində orta təhsil alıb. Ali təhsilini 1992–1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis-fransız dilləri pedaqoji fakültəsində alıb.  2000–2005-ci illərdə isə Cənubi-Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsində ali təhsil alıb.

 

R.Nurullayev 2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Kollecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi ixtisasartırma kursunu bitirib.

 

2020-ci il Parlament seçkilərində 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd olmuş və Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı seçilib.