Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-16 10:32:41
BŞTİ: “Bakıdakı təhsil müəssisələrində istilik problemi yoxdur”

"Bakıda yerləşən təhsil müəssisələrində istilik təminatı ilə bağlı ciddi problem yoxdur".

 

AzEdu.az  xəbər verir ki, bunu Bakı Şəhər üzrə Təhsil İdarəsinin Təminat, təchizat və təssərrüfat sektorunun müdiri Səccət Mahmudov jurnalistlərə açıqlamasında deyib.

 

"Ümumilikdə, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin 248-i mərkəzi qaydada, digər 428 isə fərdi qazanxana və qurğularla istiliklə təmin edilib",- deyə fikrini tamamlayıb.

 

O bildirib ki, təhsil müəssisələrinin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görülüb: “Hər il olduğu kimi bu tədris ilində də məktəb və bağçaların istiliklə təmin olunmasının normal təşkili üçün sentyabr-oktyabr aylarında monitorinqlərin aparılıb”.

 

O, monitorinqlər nəticəsində problemlər aşkar olunan məktəb və bağçalarda təmir-bərpa işləri aparıldığını, gündəlik yarana bilən zəruri ehtiyacların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla birgə operativ tədbirlər görüldüyünü, təhsilin fasiləsizliyinə və səmərəli tədris mühitinin təmin olunmasına xüsusi diqqət yetirildiyini nəzərə çatdırıb.