Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-15 14:02:56
Bakıda itkin düşən yeniyetmə tapılıb   

Polis əməkdaşları Bakıda uşaq evindən çıxaraq itkin düşən yeniyetməni taparaq aidiyyatı üzrə təhvil verib.

 

AzEdu.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

 

Bakıda uşaq evindən çıxan yeniyetmə itkin düşüb.

 

Qeyd edək ki, 2010-cu il təvəllüdlü Ağayev Cümşüd Elşad oğlu yanvarın 14-ü saat 15:30 radələrində Xətai rayonu, Lütfi Zadə küçəsi 18 ünvanında yerləşən 3 saylı uşaq evindən çıxaraq geri qayıtmayıb.

 

Fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.