Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-12 15:13:32
Azərbaycanda 504 uşaq övladlığa verilib

Övladlığa götürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu il tarixindən indiyədək 504 uşaq övladlığa verilib.

 

Sosial Xidmətlər Agentliyindən AzEdu.az-a verilən məlumata görə, onlardan 253-ü oğlan, 251-i isə qızdır.

 

Məlumatda qeyd edilib ki, 18 yaşınadək əlilliyi olan şəxslərin övladlığa götürülməsinin təşviq edilməsi məqsədi ilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.