Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-12 14:38:02
Heydər Piriyev işdən çıxarıldı - Yerinə o gətirildi

Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev vəzifəsindən azad edilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Sərəncam imzalanıb.

 

2014-cü ilin iyun ayında Heydər Piriyevə Azərbaycan Prezidentinin sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilib.

 

64 yaşlı general-leytenant 2022-ci ilin iyun ayında Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilib.

 

Heydər Piriyevin əvəzinə polkovnik Gündüz Əbdülov gətirilib. O, əvvəllər Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin rəisi və TƏBİB-də aparat rəisi kimi vəzifələrdə çalışıb. Ehtiyatda olan zabit sonuncu dəfə Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

 

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Nazirlik ehtiyata və istefaya göndərilən şəxslərin adlarını açıqlamayıb. Mətbuatda müdafiə nazirinin müavini Ənvər Əfəndiyevin istefaya göndərildiyi barədə xəbərlər yayılıb.