Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-12 14:03:00
“Hazırlıq qrupları”, yoxsa “ölü doğulan layihə”? - RƏY

“6 ildir unudulmuş dəyişiklik və ya "Ali məktəblər bunu bu il də etmədilər".

 

Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib.

 

Ekspert qeyd edib ki, Nazirlər Kabinetinin 2017-ci il fevralın 8-dəki 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”na 5.10-cu bənd əlavə edilib:

 

“Həmin bənddə deyilir ki,  Ali məktəblərə müsabiqənin nəticələri elan olunduqdan sonra, Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlər tərəfindən bu qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır. Eyni zamanda 2018-cu ildə “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi, amma hələ də yaradılmayıb”.

 

K.Əsədov söyləyib ki, hər il azı 6-7 min plan yeri ali məktəblərdə boş qalır:

 

“Hazırlıq qruplarının 2018-ci ildən fəaliyyətə başlayacağını desələr də, sonra 2019-cu ildə mütləq olacağı açıqlanmışdı. 2020-ci ildə pandemiya səbəbindən qaldı, 2021-ci ildə isə bu barədə düşünülürdü. Hər il azı 6-7 min plan yeri ali məktəblərdə boş qalır. Həmçinin hər il 20 minə yaxın gənc xarici ölkələrdə təhsil almağa üz tuturlar. Boş qalan plan yerləri universitetlər üçün ciddi maliyyə itkisi yaşadır, həmçinin xaricdə təhsil alan tələbələr üçün valideynlərinin göndərdiyi böyük vəsait ölkədən kənara ciddi maliyyə axınına səbəb olur.

 

Bu il müvafiq qurumlar bu istiqamətdə nəsə etməldir”, -deyə fikrini yekunlaşdırıb.