Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-12 09:46:41
Qazi Universitetinin professoru AzTU-da seminar keçib

Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin professoru Ferhat Gül Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, səfər çərçivəsində o, Metallurgiya və materialşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələrinə “Tökmə istehsalında in­no­vativ texnologiyalar” mövzusunda seminar keçirib. Seminarda yüksəkmöhkəm çuqunların müasir istehsal texnologiyaları haqqında ətraflı məlumat verilib.

 

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.