Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-11 14:52:00
“Xarici tələbə”: “Azərbaycanda biznesimi qurmaq istəyirəm”

AzEdu.az  Təhsil Portalı Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə silsilə müsahibələrə davam edir.

 

Xarici tələbələrlə söhbətləşməkdə əsas məqsəd onların ölkəmizdəki təhsili necə dəyərləndirdiklərini, Azərbaycan barədə təəssüratlarını, əcnəbi gənclər üçün yaradılan şəraitdən məmnun qalıb-qalmadıqlarını, problemlərini öyrənməkdir.

 

Xarici tələbə” rubrikasının növbəti müsahibi təhsil almaq üçün Əfqanıstandan Azərbaycana gələn Zabihullah Qambaridir.

 

O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Biznesin idarə edilməsi ixtisasında təhsil alan III kurs tələbəsidir.

 

Müsahibəni təqdim edirik:

 

-  Zabihullah, Azərbaycan təhsilini seçməyinin səbəbi nədir?

 

- 2020-ci ildə Azərbaycana ilk səfərim Covid-19 pandemiya dövrünə təsadüf edib. Səfər nəticəsində Azərbaycanda daha çox qalmaq və təhsilimi burada inkişaf etdirmək qərarına gəldim.Təhsil almaq üçün müraciət etdim və Azərbaycan Dövlət Neft və Sənayə Univeristetinə qəbul olundum.

 

- Burada dostların varmı?

 

- Bəli, var.

 

- Onlarla ünsiyyət qurmaq sənə çətin olmurki?

 

- Dil öyrənməkdə yaxşıyam. 1-ci kursda oxuyanda Azərbaycan dilini öyrənməyə başladım. Buna görə də Azərbaycan dilində rahat ünsiyyət qururam.

 

- Təhsilini bitirdikdən sonra Azərbaycanda işləməyi düşünürsən?

 

 Açıklama yok.

- Bəli, Azərbaycanda işləmək barədə düşünürəm. Mən Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıram. Təhsilimi bitirdikdən sonra Azərbaycanda biznesimi qurmağı və yüksək maaşlı iş tapmağı səbirsizliklə gözləyirəm. Ancaq bu halda burada qalacağam.

 

- Qeyd etdin ki, Azərbaycanda qalıb işləmək istəyirsən. Ailənin buna münasibəti necədir?

 

- Düşünürəm ki, bununla bağlı problem olmayacaq. Çünki Bakıda ailəmlə birlikdə yaşayıram.

 

- Zabihullah, Azərbaycan mətbəxində bəyəndiyin yeməklər varmı?

 

- Plov, kabab və xəngəl Azərbaycanda ən çox sevdiyim yeməklərdir.

 

- Adətən xaricdən gələn tələbələr adaptasiya prosesində bir qədər çətinlik çəkir. Səndə bu dövr necə oldu?

 

- Düzdür, tələbələr oxuyarkən bəzən çətin anlar yaşayırlar. Lakin mənim təhsilimlə bağlı ciddi problemim yoxdur.

 

- Bu ölkə istər təhsil, istərsə də insanları baxımdan gözləntilərini necə qarşıladı?

 

 Açıklama yok.

- Azərbaycana gələndə insanların bu qədər canayaxın və qonaqpərvər olduğunu düşünmürdüm. Azərbaycanlı dostlarımla tanış olduqdan sonra məni həmişə evlərinə qonaq çağırırdılar. Burada insanların bir-birinə hörməti və səmimiyyəti yüksək səviyyədədir. Bu məni yaxşı mənada təəcübləndirdi. Sadaladığım bu nüanslar universitet üçün də keçərlidir. İstər müəllimlərim, istərsə də tələbə yoldaşlarım mənə çox yaxşı münasibət göstərirlər.

 

Azərbaycan Dövlət Neft və Sənayə Univeristetində keçirilən dərslər  məni qane edir. Hər şey qaydasındadır.

 

Nigar Nəcəfova