Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-10 08:49:29
18 yaşlı gənci avtomobil vurub

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, Günəşli qəsəbəsində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Hüseynli İrfan Nadir oğlunu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Hadisənin təfərrüatı araşdırılır.