Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-07 10:09:00
Proqnoz: Riyaziyyat müəllimləri sertifikasiyada yaxşı nəticə göstərəcək

Xəbər verdiyimiz kimi, bu il 31 min müəllim sertifikasiya imtahanı verəcək. 

 

Belə ki, bu il riyaziyyat, ingilis, rus, alman, fransız dili müəllimləri, eyni zamanda tədrisi digər dildə olan şagirdlərə dərs deyən Azərbaycan dili müəllimləri sertifikasiya müsabiqəsinə cəlb olunacaq. 

 

Sosial şəbəkələrdə müzakirələr zamanı qeyd olunur ki, bu il riyaziyyat müəllimləri arasında sertifikasiyadan kəsilənlər daha çox olacaq.

 

Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının baş müəllimi Bəhman Məmmədov AzEdu.az-a açıqlamasında söylənilən fikirləri təkzib edərək, həmin müəllimlərin sertifikasiyadan uğurla keçəcəyini bildirib:

 

"Riyaziyyat müəllimlərinin sertifikasiyada iştirakı vacibdir. Stimullaşma hərəkətverici bir qüvvə hesab olunur. Sertifikasiyanın müəyyən müddət ərzində keçirilməsi vacibdir. Riyaziyyat müəllimlərinin serifikatlaşdırma prosesində zəif nəticə göstərəcəklərini, vəziyyətinin pis olacağını düşünmürəm.

 

Əsas olan çəkinmədən sualları cavablandırmaqdır. Nəticənin zəif olması problem deyil, əsas məsələ nəticənin zəif olduğunu bildikdən sonra, öz üzərində dayanmadan çalışmaqdır".

 

B.Məmmədov sertifikasiyanın son dərəcədə  önəmli olduğunu bildirib: 

 

Zəif nəticə göstərən müəllimləri təhsildən kənarlaşdırmaq yerinə, onlara bir daha özlərini doğrultması üçün imkan yaradılır. Elmin və texnikanın inkişafı ilə dərsliklər, dərslikdə olan materialların bir qismi əhəmiyyətini itirir və yeniləri ilə əvəz olunur. Bu səbəbdən sertifikasiyaların təşkili vacibdir. Bu müsabiqə müəllimləri araşdırma aparmağa, özünü təkminləşdirməyə təhrik edir".