Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-30 17:49:50
UNEC-də "Heydər Əliyevin həyatının unikal səhifələri" kitabının təqdimatı olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri, Əməkdar elm xadimi professor Şahlar Əsgərovun "Heydər Əliyevin həyatının unikal səhifələri" kitabının təqdimatı keçirilib.

 

Bu barədə AzEdu.az-a UNEC-dən bildirilib. Təqdimat mərasimində çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov kitabın ərsəyə gəlməsindən danışıb.

 

Rektor Ulu Öndərin zəngin irsi ilə bağlı tədqiqatların aparılmasının və təbliğinin vacibliyinə diqqət çəkərək, Ekonofizika Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kitabın bu istiqamətdə mühüm rol oynayacağını bildirib. “UNEC Rəqəmsal Mətbəə”də nəfis tərtibatla çap olunmuş kitabda professor Şahlar Əsgərovun Ümummilli Lider Heydər Əliyevin bənzərsiz və fenomenal həyatı barədə düşüncələrinin və xatirələrinin əks olunduğunu deyib. Ədalət Muradov “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının respublika əhəmiyyətli aparıcı kitabxanalara, eləcə bir sıra ali təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunacağını bildirib.

 

Kitabın müəllifi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın yeni dövlət kimi qurulmasındakı misilsiz xidmətlərindən, fenomenal idarəçilik bacarıqlarından söz açıb. Bildirilib ki, kitabda dahi şəxsiyyətin həyatının unikal səhifələri barədə öz xatirələri, eləcə də Ulu Öndərin aforizmləri yer alıb.