Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-27 11:05:00
2023 təhsil uğurları ilə necə yadda qaldı?

Artıq 2023-cü ilin sona çatmağına sayılı günlər qalıb. Bu il təhsil sahəsində bir çox yenilik edildi, təhsilin inkişafı ilə bağlı müsbət işlər görüldü.

 

Maraqlıdır, 2023-cü ildə təhsil sahəsində ən çox yadda qalan uğurlar hansılar oldu?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, 2023-cü ildə təhsildə baş verən yeniliklər və nailiyyətlər dedikdə ilk  növbədə sertifikasiyanı qeyd etmək lazımdır:

 

 

No description available.

“Artıq Azərbaycan dili və ədəbiyyat müəllimlər üzrə sertifikasiya imtahanı başa çatıb. Bundan əlavə şagirdlərimiz 2023-cü ildə küçirilən Respublika fənn olimpiadaları və Beynəlxalq olimpiadalarda uğurlu nəticələr qazanıb. Bu il yüksək qiymətləndirəcəyimiz məqamlardan biri də ali təhsil müəssisələrinə plan yerlərinin artırılması oldu. Hesab edirəm ki, dövlət sifarişli (DS) yerlərinin çoxluğu da müsbət addımlardan biridir. Həmçinin, bu ildə keçirilmiş Müəllimlərin işə qəbul imtahanında çıxarılan vakant yerlərin sayı müsbət qiymətləndirilə bilər”.

 

Ekpert qeyd edib ki, təhsil sahəsində uğurlardan biri də Qarabağ Universitetinin yaradılmasıdır:

 

“Bundan başqa, uğurlarımıza nəzər salsaq görərik ki, işğaldan azad olunmuş ərazilərdə artıq ümumtəhsil müəssisələri fəaliyyət göstərməyə başlayıb. Həmçinin, Qarabağ Universitetinin yaradılması təhsil sahəsində atılan ciddi addımlardan biri oldu.

 

Növbəti ildən gözləntilərimiz ölkə məktəblərində təhsil alan şagirdlərin qəbul imtahanlarında daha uğurlu nəticələr qazanmasıdır. Ümid edirəm ki, növbəti ildə bir neçə tətqiqatçı alimlərimizin dünyamiqyaslı hansısa yeniliyə imza atacaqlar”.