Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-26 11:17:16
BMU-da maarifləndirici seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələr üçün “Fövqəladə hallarda davranış qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, universitetin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Ümumi fənlər kafedrasının müəllimi Mir Ramin Yunusov Azərbaycan Respublikasında mümkün ola bilən təbii və texnogen xarakterli fövqəladə hallar barədə ətraflı məlumat verib.

 

Sonra fövqəladə hallarda uyğun davranış qaydaları, xüsusilə yanğın, zəlzələ, dəm qazı zəhərlənməsi kimi hadisələrə əvvəlcədən hazır olmaq üçün təhlükəsizlik qaydaları nəzərə çatdırılıb. Yanğın hadisələrində ilkin təxirəsalınmaz tədbir kimi yanğına müdaxilə və yanğınsöndürmə balonundan düzgün istifadə, yanğınsöndürmə balonlarının növləri praktiki şəkildə izah olunub.

 

Seminarda irimiqyaslı fövqəladə hallarda əhali üçün tövsiyə olunan hazırlıq çantasının önəmindən bəhs edilib və çantanın içərisində olması vacib olan zəruri ehtiyaclar vurğulanıb.