Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-19 17:06:00
“Odlar Yurdu”ndan dikdaban ayaqqabı qadağasına münasibət – “Qadağan etməmişik, məlumatlandırmışıq, çünki...”

Yerli mətbuatda Azərbaycanın Odlar Yurdu Universitetində qəribə qadağa qüvvəyə mindiyi ilə bağlı məlumatlar yayılıb.

Yazılanlara əsasən, universitet rəhbərliyinin göstərişi ilə qüvvəyə minən qadağaya görə ali təhsil müəssisəsində xanım tələbələrə dikdaban ayaqqabı geyinmək yasaqlanıb.

Bununla əlaqədar, "Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır” – deyə, universitet binasının foyesində məlumat da yerləşdirilib. Bu qadağa isə xanım tələbələrin etirazına səbəb olub.

Məsələ ilə bağlı AzEdu.az Odlar Yurdu Universiteti ilə əlaqə yaradıb. Univerisitetin mətbuat katibi  Günay İmanova bildirib ki, burda hər hansı qadağadan söhbət gedə bilməz:

“Biz tələbələr qadağa qoymamışıq. Sadəcə,  dikdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər avtomatik  dərs prosesini pozur. Bu mənada, tələbələrə məlumat verilib.  Məncə, tələbələr buna etiraz etməməlidir”.