Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-25 12:05:00
Güclü külək bəzi təhsil müəssisələrinə ZİYAN VURUB

Ötən həftənin sonu ölkənin bəzi ərazilərində müşahidə olunan güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, güclü külək bir sıra bağça və məktəblərin dam örtüyünün bir qismini sıradan çıxarıb, ağaclar aşıb, bəzi binalarda pəncərələrin şüşələri sınıb.

 

Ziyan dəymiş bağça və məktəblərə baxış keçirilib, təmir-bərpa işlərinin aparılması üçün lazımi tədbirlər görülüb.

 

Əlavə olaraq qeyd etmək istərdik ki, Abşeron rayonu və Bakı şəhəri üzrə fəaliyyət göstərən təhsil müəssisələrində külək nəticəsində hər hansı bir fəsad müşahidə edilməyib.

 

Yaranmış vəziyyət tədris prosesinin davamlılığına təsir etməyib, hazırda təhsil müəssisələri öz fəaliyyətini davam etdirir.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq bildirmək istərdik ki, bağça və məktəblərdəki mövcud vəziyyət diqqət mərkəzində saxlanılır.