Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-22 11:22:00
46 məktəbdə operativ monitorinqlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 46 ümumi təhsil müəssisəsində operativ monitorinqlər həyata keçirilib.

 

İdarədən AzEdu.az-a verilən məlumata görə, monitorinqlər təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, metodiki işin təşkili, inzibati heyətin fəaliyyət istiqamətlərini əhatə edib.

 

35 meyar əsasında aparılan monitorinqlərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətli təşkilini təmin etməkdən ibarətdir.