Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-21 16:15:15
DİM zal nəzarətçiləri üçün təlim keçirir

Məlumat üçün qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün müsahibə mərhələsi 24 noyabr, ümumi intellekt səviyyəsinin yoxlanılması mərhələsi isə 2 dekabr tarixində yekunlaşıb.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, müsahibə üçün qeydiyyatdan keçmiş 3199 namizəddən indiyədək 2065 nəfəri müsahibə mərhələsindən uğurlu nəticə əldə edərək növbəti mərhələlərdə iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsində uğur qazanan 2065 namizəddən 1917 nəfəri ümumi intellekt səviyyənin yoxlanılması imtahanında iştirak edib və onlardan 1807 nəfər uğurlu nəticə əldə edib. Ümumi intellekt səviyyəsinin yoxlanılması imtahanında uğur qazanan 1807 namizəddən 1561 nəfər “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” mövzusunda keçirilən təlimdə iştirak edib.

 

“İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimində iştirak edən namizədlərə “DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” adlanan ikinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə “sms” göndərilir. Bu təlimdə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır.

 

Nəzərinizə çatdıraq ki, “DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” adlanan ikinci təlimdə iştirak etmək üçün 1211 nəfər qeydiyyatdan keçib və onlardan 598 nəfər bu təlimdə iştirak edib.

 

Zal nəzarətçilərinin sertifikatlaşdırılması prosesi ilə bağlı suallarınız yaranarsa, [email protected] ünvanına elektron məktub göndərə, 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

 

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.