Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-21 10:03:47
BMU-da infosessiya:“Gələcək üçün bacarıqlar” 

Bakı Mühəndislik Universitetində (BMU) “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində həyata keçirilən “Tusi (2C) 2024”  İnkubasiya proqramı ilə bağlı maarifləndirici infosessiya təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən gerçəkləşdirilən layihənin baş meneceri Zinəddin Babayev təqdimatla çıxış edib. Bildirib ki, layihənin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda, tələbələrə innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilmələri əsas hədəflər sırasındadır.

 

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, 3 ay davam edəcək inkubasiya proqramında bir sıra təlimlərin, xarici və yerli ekspert və mentorlarla görüşlərin, onlayn tv proqramlarının keçirilməsi nəzərdə tutulur. İnkubasiya proqramına qeydiyyat 16 fevral 2024-cü il tarixinə kimi davam edəcək.

 

Qeydiyyat üçün link:  

 

https://docs.google.com/forms/d/e/1FAIpQLSdxhXURh9Fx1P37PwxxOo5xx5pi1kM3TLc2ObwoI9VT6-d_og/viewform