Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-21 09:36:42
Sertifikasiya: “Bir çox müəllim iş yerini itirəcək”

Məlum olduğu kimi, növbəti il sertifikasiya imtahanlarına cəlb olunacaq fənn müəllimləri sırasına ingilis, rus, alman, fransız və eyni zamanda tədrisi digər dildə olan şagirdlərə dərs deyən Azərbaycan dili müəllimləridir.

 

Maraqlıdır, Azərbaycanda xarici dilin tədrsində hansı çatışmayan məqamlar var?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, sertifikasiya olduqca vacib bir prosesdir və Azərbaycan təhsilinin inkişafına yönəlmiş bir fəaliyyətdir:

 

Özəl orta məktəblər təhsildə keyfiyyət dəyişikliyi yarada bilərmi? –  ekspert açıqlayır - 10.08.2021, Sputnik Azərbaycan

 

“Məlumdur ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 150 min müəllim müxtəlif vaxtlarda müəllimlərin işə qəbulu imtahanlarında iştirak etsələr də onların bilik və bacarıqları yoxlanılmayıb. Əlbəttə məlumdur ki, sertifikasiya bir çox müəllimin iş yerinin itirməsi ilə nəticələnəcək, lakin geridə qalanlar bilik və bacarıqları yüksək olan şəxslər olacaq. Artıq hər kəsə məlumdur ki, növbəti il riyaziyyat və xarici dil müəllimləri bu prosesə cəlb olunacaqlar”.

 

Ekspert qeyd edib ki, bu gün Azərbaycanda xarici dil müəllimlərinin bilik və bacarıqları yetərli qədər deyil:

 

“Hətta onlar arasında kifayət qədər insan orta ixtisas təhsillidir və onların fəaliyyət göstərdiyi məktəblərə baxanda görmək olur ki, buraxılış imtahanında şagirdlərin nəticələri orta göstəricidən aşağıdır. Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında abituriyentlər ən çox xarici dil fənlərindən çətinlik çəkir və aşağı nəticə göstərirlər. Buna görə də xarici dillə bağlı növbəti illərdə fərqli imtahan modelləri tətbiq olunmalıdır”.