Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-20 12:31:12
Prezidentin köməkçisi tələbələrin səs verməsilə bağlı göstəriş verdi

Tələbələrlə bağlı seçici siyahılarına bir daha baxış keçirilməlidir.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

 

O qeyd edib ki, bununla bağlı icra hakimiyyətlərinə tapşırıq verilib:

 

"Bir nəfər də olsun tələbə bizim diqqətimizdən kənarda qalmamalıdır. Onların harada səs verdiyi müəyyənləşdirilməlidir. Bildiyiniz kimi, seçki mərhələsi tətil dövrünə düşür. Tələbə ya oxuduğu yerdə, ya da yaşadığı yerdə səs verməlidir. Bu məsələyə diqqəy yetirməliyik”.