Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-19 17:53:40
Tələbələr üçün infotur təşkil olunub

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün “Azərsun Holdinq” Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən istehsal müəssisəsinə infotur təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, universitetin Müəssisələrlə əlaqələr və karyera departamenti və Sahibkarlıq Akademiyasının birgə təşkilatçılığı ilə “Bakı Qida və Yağ Fabriki” MMC-yə baş tutan infoturda sənaye mühəndisliyi ixtisasının IV kurs tələbələri iştirak ediblər.

 

Ümumi tanışlıq və nəzəri biliklərin təcrübə ilə birləşdirilməsi məqsədi daşıyan gəzintidə yağ istehsalı prosesini yaxından izləyən tələbələrə keyfiyyət təminatı sisteminin təşkili, keyfiyyət yoxlama işinin mərhələləri, həmçinin paketləmə sahəsinin iş prinsipi haqda ətraflı məlumat verilib.

 

İnfotur zamanı tələbələri maraqlandıran suallara MMC əməkdaşları tərəfindən aydınlıq gətirilib.