Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-19 11:51:00
RƏSMİ: Məktəblərin birləşdirilməsi və ləğvi bu tarixdə həyata keçiriləcək

Xəbər verdiyimiz kimi, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov qeyd etdi ki, Azərbaycanda bir neçə məktəbin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin isə ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur.

 

Bəs birləşdirilməsi və ləğvi nəzərdə tutulan məktəblər nə zaman açıqlanacaq? Onlar hansı məktəblərdir?

 

Məsələni aydınlaşdırmaq üçün AzEdu.az Elm və Təhsil Nazirliyinə müraciət edib.

 

Nazirlikdən bildirilib ki, məktəblərin optimallaşdırılması ilə bağlı məsələ 2024-cü ilin fəaliyyət planında nəzərdə tutulur.

 

“Məsələyə baxılması, araşdırılması və icrası, təbii ki, müəyyən zaman tələb edən məsələdir. Hansı məktəblərə şamil ediləcəyi ilə bağlı müvafiq qərarları isə 2024 – cü ildə aparılacaq təhlil sonrasında demək mümkün olacaqdır”, - deyə nazirlikdən əlavə edilib.