Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-18 09:43:50
DİM “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini NƏŞR EDİB  

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib. 

 

Bildirilib ki, jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində dərc edilib.



Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.