Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-18 09:31:50
 Məktəblərdə telefon qadağan edilir? – “Müəllimlər və şagirdlərə...”

Ötən günlərdə Rusiya məktəblərində telefondan istifadə qadağası qüvvəyə minib. Belə ki, şagirdlərin dərs zamanı telefondan istifadə etməsi qadağan olundu. Qadağaya səbəb şagirdlərin dərsdən yayınmaması və sağlamlığı üçün olduğu qeyd edilir.

 

Maraqlıdır, bu qadağa Azərbaycandakı məktəblərə şamil edilə bilərmi?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Nabatəli Qulamoğlu bildirib ki, məktəblərdə telefon qadağası çoxdan tətbiq edilməli idi:

 

“Hətta nəinki şagirdlər, eyni zamanda müəllimlər üçün də bu qadağa tətbiq olunmalıdır. Müəllimlər dərsə girərkən telefonunu çıxarıb bir kənara qoymalıdır. Ona görə də bu cür qadağanın tətbiqini çox müsbət qarşılayıram. Hesab edirəm ki, bu həm də pedaqoji baxımdan da əlverişlidir. Əvvəllər telefon yox idi. Lakin insanlar buna baxmayaraq işlərini həll edə bilirdilər. Şagirdlərin telefonsuz qalması ilə dünya dağılmaz ki?! Məktəblərdə telefon qadağası olduqca vacibdir və bu qadağanın tərəfdarıyam. Çünki telefonun gətirdiyi mənfi xüsusiyyətlər şagirdlərə bilavasitə təsir edir.

 

Dərs zamanı şagird əgər telefondan istifadə edərsə, telefonu müəllim deyil, məktəb rəhbəri əlindən almalıdır. Hesab edirəm ki, ümumtəhsil müəssisələrində telefondan istifadə qadağası düzgün addımdır”,- deyə fikrini yekunlaşdırıb.