Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-17 15:23:03
Gürcüstandan olan gənc soydaşımız beynəlxalq festivalda Qran-pri mükafatı qazanıb

Gürcüstanın Marneuli rayonundan olan soydaşımız, gənc ifaçı Şaban Məmmədov Çexiyanın Praqa şəhərində keçirilən “Praqa Milad Ulduzları 2023” XXXIX Beynəlxalq Xalq Rəqsləri və Musiqisi Müsabiqə-Festivalında Qran-pri mükafatına layiq görülüb.

 

 

AzEdu.az xəbər verir ki, festivalda müxtəlif ölkələrdən yüzlərlə gənc iştirak edib.

 

 

Soydaşımız müsabiqənin ən yüksək mükafatını qazanıb.

 

 

Xatırladaq ki, Marneuli Mədəniyyət Mərkəzinin solisti olan Şaban Məmmədov xarici ölkələrdə artıq bir neçə dəfə yüksək mükafata layiq görülüb.