Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-17 14:01:37
UNEC-də kitab-satış yarmarkası keçirilib

“Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu Mədəniyyəti” layihəsi çərçivəsində "Qanun" nəşriyyatının "Təkərli kitab dükanı" UNEC-də kitab-satış yarmarkası keçirib.

 

AzEdu.az xəbər verir ki, UNEC-in müəllim, tələbə və əməkdaşları satış yarmarkasında nəşriyyatın müxtəlif dillərdə nəşr olunmuş kitablarını 20 faiz endirimlə əldə ediblər. Nəşriyyatın əməkdaşları UNEC tələbələrində kitaba marağının yüksək olduğunu xüsusi vurğulayaraq, universitetdə 2 gün ərzində 500-ə yaxın kitabın satıldığını bildiriblər.

 

UNEC rektoru professor Ədalət Muradov “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə birlikdə "Təkərli kitab dükanı" ziyarət edərək, müxtəlif mövzularda maraqlı kitablar alıb.

 

Kitaba marağın artırılması istiqamətində fikir mübadiləsi aparan Ədalət Muradov ilə Şahbaz Xuduoğlu "Anlayaraq sürətli oxumaq" kitabının UNEC-də təqdimatının keçirilməsi, müəllimlər, əməkdaşlar və tələbələr arasında sürətli oxumaq müsabiqəsinin təşkil olunmasına qərar veriblər.