SELECT id,j_id,parent_id,copyright,name_az as name,short_az, text_az as text,image ,hit, add_date FROM sm_news WHERE hidden=1 and id=74620 LIMIT 1 SELECT image FROM sm_news_image WHERE parent_id=74620 SELECT count(id) as c FROM sm_news_image WHERE type="photo" and parent_id=74620 SELECT count(id) as c FROM sm_news_image WHERE type="video" and parent_id=74620 SELECT titles_az FROM sm_voting_name WHERE shw=1 ORDER BY add_date DESC LIMIT 1 SELECT count(id) as c FROM sm_voting_name WHERE shw=1 ORDER BY add_date DESC LIMIT 1 SELECT id FROM sm_news WHERE hidden=1 and parent_id LIKE CONCAT("%@",(select parent_id from sm_news where id=74620),"@%") or (select parent_id from sm_news where id=74620) like sm_news.parent_id ORDER BY add_date DESC LIMIT 10 SELECT id,j_id,parent_id,copyright,name_az as name,short_az, text_az as text,image ,hit, add_date FROM sm_news WHERE hidden=1 and id=78792 LIMIT 1 SELECT id,j_id,parent_id,copyright,name_az as name,short_az, text_az as text,image ,hit, add_date FROM sm_news WHERE hidden=1 and id=78780 LIMIT 1 SELECT id,j_id,parent_id,copyright,name_az as name,short_az, text_az as text,image ,hit, add_date FROM sm_news WHERE hidden=1 and id=78769 LIMIT 1 SELECT id,j_id,parent_id,copyright,name_az as name,short_az, text_az as text,image ,hit, add_date FROM sm_news WHERE hidden=1 and id=78765 LIMIT 1 SELECT id,j_id,parent_id,copyright,name_az as name,short_az, text_az as text,image ,hit, add_date FROM sm_news WHERE hidden=1 and id=78754 LIMIT 1 SELECT id,j_id,parent_id,copyright,name_az as name,short_az, text_az as text,image ,hit, add_date FROM sm_news WHERE hidden=1 and id=78749 LIMIT 1 SELECT id,j_id,parent_id,copyright,name_az as name,short_az, text_az as text,image ,hit, add_date FROM sm_news WHERE hidden=1 and id=78746 LIMIT 1 AzMİU-da “Uğur hekayəsi” adlı görüş baş tutub - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-17 09:20:38
AzMİU-da “Uğur hekayəsi” adlı görüş baş tutub

Azərbaycan Memarlıq və İnşaat Univeristetində (AzMİU) Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) təşkilatçılığı, Təcrübə və karyera mərkəzinin dəstəyi ilə “Uğur hekayəsi” adlı görüş keçirilib. 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, "TEDx" formatında təşkil olunan görüşdə tələbələrimiz ATMİA üzvləri olan ölkəmizin qabaqcıl tikinti və tikinti materialları istehsal edən şirkətlərin rəhbərləri ilə ünsiyyətdə olub, onların uğur hekayələrini dinləyib, sahibkarlıq yolunda ilkin addımlar atmağa həvəsləndiriliblər.

  

ATMİA-nın Üzvlərlə iş şöbəsinin müdiri Nihad Haqverdiyevin moderatorluğu ilə keçirilən görüşün məqsədi iş mühitində müvəffəqiyyət qazanmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan spikerlərlə memarlıq və inşaat ixtisasları istiqamətində təhsil alan tələbələrin görüşünü gerçəkləşdirmək, onların gələcək karyera planlarına yön vermək, gənclərə sahibkarlıq istiqamətində dəstək vermək, bu yolda dəyərli məsləhətlər qazandırmaqdır.

 

Universitetin prorektoru Orxan Naqdiyev çıxış edərək qonaqları salamlayıb, sonuncu kurs tələbələri üçün təşkil olunan bu görüşün faydasına toxunub. AzMİU-da belə görüşlərin artıq ənənə halını aldığını, universitet rəhbərliyinin də marağında olduğunu qeyd edib: “Universitet nə qədər keyfiyyətli təhsil versə də, gözəl şərait yaratsa da, son nəticədə bizim  təhsilimizin göstəricisi işlə təmin olunma səviyyəsidir. Biz çalışırıq ki, istehsalat müəssisələri ilə əlaqələrimizi genişləndirək, praktik mütəxəssislərlə tələbələrin ünsiyyətinə nail olaq və yekunda onları gələcək iş mühitinə hazırlayaq”. 

 

ATMİA–nın Baş katibi Şahanə Sarı təmsil etdiyi təşkilatın fəaliyyəti barədə qısa informasiya verib. Təşkilata üzv olan rəhbərlərin uğur hekayələrinin sahibkarlığa maraq göstərən tələbələr üçün motivasiya olacağını deyib. 

 

Görüşdə spiker qismində “A Klass Supply Chain" rəhbəri Cəmil Əkbərov, "Kahveci " MMC-nin həmtəsisçi - direktor  Aida Kahveci, "Huseynli Partners & Construction" şirkətinin rəhbəri Şaiq Hüseynli, “Aran Construction” şirkətinin icraçı direktor Ayşən Abdullayeva, “Arbedo Group və FOAR” şirkətinin rəhbəri Orxan Çobanzadə, “Penetron Azərbaycan” şirkətinin  direktoru Kirman Məmmədov, “Büro 7” şirkətinin rəhbəri Günel Ələsgərova iştirak edib. 

 

Spikerlər karyera yolunda ilkin addımlar, sahibkarlıq fəaliyyəti, şəxsi inkişaf, qarşıya çıxan fürsətlər və onların dəyərləndirilməsi, əmək bazarının bugünkü tələbləri barədə öz təcrübələrini bölüşüblər.  


Qeyd edək ki, Universitet mütəmadi olaraq tələbələrin fərdi inkişaflarını dəstəkləyən layihələrə ev sahibliyi edir. Tələbələrinə tək keyfiyyətli təhsil mühiti və ixtisas bilikləri deyil, eyni zamanda onlara əmək bazarının tələblərinə cavab verən yumşaq bacarıqlar qazandırır.