Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-15 15:28:00
SABAH qrupu məzunlarının işlə təmin olunma faizi yüksəkdir

"SABAH qruplarından məzun olanların işə götürülmə faizi daha yüksəkdir".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azəbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI qurultayının Elm və Ali təhsilin inteqrasiyası panelində deyib.

 

O, qeyd edib ki, nəzərə almaq lazımdır ki, SABAH tələbələrinə həm daha çox investisiya qoyulur, həm də xüsusi bacarığı olan tələbələrdir.

 

"SABAH qruplarında təhsil alan tələbələr üçün xüsusi ayrılmış müəllimlər işləyir. Bəzi təhsil müəssisələri var ki, onlar SABAH-ı da üstələyiblər. Ancaq qeyd etməliyik ki, həmin universitetlərin inkişafında SABAH-ın rolu var.