Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-15 11:10:00
Nazir: Müəllimlər yarımştat kimi çalışa bilməz

"Azərbaycanda növbəti illərdə müəllimlərin bir qisminin daimi ştatda işləməsi təmin ediləcək".

 

AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib.

 

Nazir bildirib ki, müəllimlərin güclü və bacarıqlı olması üçün sertifikasiya imtahanları təşkil edilib:

 

"Bu daha uzun vədədə daha yaxşı addımdır. bu günə qədər 40 minə qədər müəllim sertifikasiyadan keçib. Onun da 32 mini uğur qazanıb və onların əməkhaqqına əlavələr edilib. Misal olaraq, bu gün 33 saat dərsi olan 950 müəllim (0.7%) 2000 və daha artıq əməkhaqqı alır. Müəllimlərinin yarımştat kimi işləməsi, düşünürəm ki, doğru deyil. Müəllim dərsə arada gəlib-getməli deyil".