Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-15 09:20:00
ADAU-nun tələbələri  “Heydər Əliyev adına təqaüd”ü QAZANIB
Azərbaycan Dövlət Aqrar Universitetinin 2 tələbəsi - Səbinə Rzazadə və Nuray Məmmədzadə “Heydər Əliyev adına təqaüd”ə (3000 AZN) layiq görülüb.
 
 
AzEdu.az xəbər verir ki, Səbinə Rzazadə 2022-ci ildə 651 balla ADAU-nun Mühəndislik fakültəsinin “informasiya texnologiyaları” ixtisasına, Nuray Məmmədzadə 2020-ci ildə 596 balla Aqronomluq fakültəsinin “aqronomluq” (tədris ingilis dilində) ixtisasına qəbul olub.
 
 
Səbinə Rzazadə yüksək nəticələrə görə ADAU tərəfindən qeyri - kənd təsərrüfatı yönümlü ixtisasda təhsil aldığı üçün aylıq 150 manat, Nuray Məmmədzadə yüksək nəticələrə görə kənd təsərrüfatı yönümlü ixtisasda təhsil aldığı üçün əlavə aylıq 200 manat təqaüdlə təmin olunub.
 
 
Qeyd edək ki, hər iki tələbə əlaçı təqaüdü də alır.