Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-14 15:03:00
Deputat: Naxçıvanda yeni bağçaların yaradılması ilə bağlı xeyli işlər görülür

Statistikaya əsasən Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisəsi çatışmazlığı səbəbindən ümumilikdə 18 mindən çox uşaq təhsil pilləsindən kənarda qalıb.

 

Bu barədə Naxçıvan Respublikası İqtisadiyyat nazirinin müavini Abbas İsmayılov çıxışı zamanı bildirib.

 

Bəs, görəsən, problemin həlli istiqamətində nəzərdə tutulmuş planlar varmı? 

 

Milli Məclisin deputatı Fazil Mustafa AzEdu.az-a mövzu ilə əlaqədar açıqlama verib.

 

Deputat bildirib ki, Naxçıvanın blokada şəraitində olması təhsilə öz ciddi təsirini göstərir: “Blokada şəraiti bir çox sahədə problemlər doğurduğu kimi təhsildən də yan keçmir. Bu çatışmazlığın aradan qaldırılması üsulları elə də çox deyil, ancaq yolların açılmasından sonrakı proseslə bağlıdır”.

 

F.Mustafa qeyd edib ki, Naxçıvanda təhsilin ümumi səviyyəsi normal həddədir: “Ümumi baxsaq görərik ki, Muxtar Respublikada təhsil həddən artıq tənəzzülə uğramayıb. Məktəbəqədər təhsil müəssisəsi olan bağçalardakı problemlər isə demoqrafik vəziyyətlə, infrastrukturla bağlıdır. Dövlət tərəfindən bu sahəninin genişləndirilməsi üçün kifayət qədər vəsait ayrılır. Bağçaların yaradılması sahəsində xeyli işlər görülür”.