Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-13 16:21:00
Nihad Cəfərov 83.500 dollarlıq təqaüdlə ABŞ-də TƏHSİL ALACAQ
Təhsil TV-nin rəhbəri Rəşad Cəfərovun oğlu Nihad Cəfərov ABŞ-də Bucknell Universitetində 83.500 dollarlıq təqaüd qazanıb. 
 
 
AzEdu.az xəbər verir ki, bu barədə Rəşad Cəfərov rəsmi feysbuk hesabında paylaşım edib. 
 
 
O qeyd edib ki, oğlu mühəndislik üzrə təhsil alacaq.
 
 
"Erkən başvurmadan qəbul məktubumuz gəldi. ABŞ-də ümumi "Liberal Arts" kollecləri arasında 30-cu, mühəndislik üzrə qeyri-doktorantura səviyyəsində 7-ci, spesifik olaraq isə Mexaniki mühəndislik proqramı ilə 3-cü yerdə olan Bucknell Universitetindən illik 83.500 dollar olmaqla təqaüd təklifi aldıq"- deyə o əlavə edib.