Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-13 09:25:00
Universitetlərə qəbul imtahanlarının formatı dəyişir?

Sosial şəbəkələrdə abituriyentlər tərəfindən ən çox müzakirə olunan mövzulardan biri ali məktəbə qəbul imtahanları ilə bağlıdır.

 

Belə ki, onlar qeyri-rəsmi mənbələrə əsaslanaraq sözügedən imtahanların formatının və məzmununun dəyişəcəyini iddia edir.

 

Bəs növbəti tədris ili üçün nəzərdə tutulan ali təhsil müəssisələrinə qəbul imtahanlarında hər hansı dəyişiklik ola bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, imtahanlarda hər hansı bir dəyişikliyin olması nəzərdə tutulmur:

 

 Açıklama yok.

 

“Buraxılış və ya blok imtahanlarında hər hansı bir format dəyişikliyi təəssüf ki, hələ nəzərdə tutulmur. Amma çox istərdik ki, ən azından müvafiq olaraq ümumi fənlərin sayı azaldılsın. Yəni abituriyentlər 6-7 fənn üzrə deyil, 3 fənn üzrə imtahan verərək, ali təhsil müəssisələrinə qəbul olunsunlar. Bu hazırda təcrübədə var. Hansı ki, namizədlər 9 və 11 illik bazadan Azərbaycan dili, Riyaziyyat və Xarici dildən imtahan verib, ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə sənəd verə bilirlərsə, eyni prinsipi I, II, III, IV ixtisas qruplarında da tətbiq etmək olar. Format dəyişikliyi deyərkən yalnız bunu arzulayırıq. Ümid edirəm ki, növbəti illərdə bu istiqamətdə qərar veriləcək",- deyə bildirib.