Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-12 13:03:00
Deputatlar: Heydər Əliyev hər zaman müəllimlərə böyük ehtiram göstərib...

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür.

 

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub.

 

Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur.

 

AzEdu.az-a açıqlama verən deputat Musa Qasımlı bildirib ki, Ulu öndər Heydər Əliyevin anım günündə təhsil sahəsində gördüyü işlərə diqqət yetirməkdə fayda var:

 Açıklama yok.

 

“Heydər Əliyev Azərbaycanın rəhbəri olarkən təhsilə xüsusi diqqət verib. Bu dövrdə minlərlə məktəb binası tikilib, orta məktəb təhsilinin siması müsbət yöndə tamamilə dəyişdi, Azərbaycanda yeni ali məktəblərin açılmasına nail olundu və təhsil müəssisələrində maddi-texniki bazası möhkəmləndirildi. Həmin illərdə Heydər Əliyev azərbaycanlı gəncləri SSRİ-nin ən qabaqcıl ali məktəblərinə təhsil almağa göndərib. Bununla yanaşı, ulu öndər hərb təhsilinə də xüsusi önəm verib. Hakimiyyətdə olduğu dövrdə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasını buna nümunə olaraq göstərə bilərik”.

 

Deputat qeyd edib ki, Heydər Əliyev müəllimlimliyi ən nüfuzlu peşə hesab edib:

 

“Heydər Əliyevin məşhur bir kəlamı var: “Mən müəllim adından yüksək bir ad tanımıram”. Həmişə öz müəllimlərini xatırlayıb və bununla da cəmiyyətə bir yol göstərib. Ona görə də hesab edirəm ki, anım günündə təhsil işçiləri də ulu öndərin gördüyü işləri ehtiram hissi ilə anırlar”.

 

AzEdu.az-a danışan deputat Etibar Əliyev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda təhsilə və elmə verdiyi töhfələr misilsizdir:

 Açıklama yok.

 

“Azərbaycanda məktəbləşmə hərəkatının əsasını Heydər Əliyev qoyub. 1-ci hakimiyyəti dövründə Azərbaycanın elə kəndi, qəsəbəsi və şəhəri olmamışdır ki, orda məktəb, kollec və peşə təhsil müəssisələri yaranmasın. Bunun özü böyük bir maarifçilik missiyası idi. Və Heydər Əliyev bu missiyanı öz üzərinə götürdü. Ümummilli lider hər zaman xalqın savadlı, dünyagörüşlü olmasını istəyib. Bu yolda xalqın maariflənməsi, savadlı olması üçün əlindən gələni əsirgəməyib. Məşhur aforizmdə də deyildiyi kimi “Mən müəllim adından yüksək ad tanımıram”. Bunun özü müəllimlərə olan ehtiramı ən yüksək səviyyədə qiymətləndirilməsidir”.

 

Həmsöhbətimiz söyləyib ki, Heydər Əliyev həmişə müəllimlərin dostu olub:

 

“Sovet vaxtı qabaqcıl müəllimlərə “Sosialist Əmək Qəhrəmanı” eləcə də “Əməkdar müəllim” kimi adların verilməsində ulu öndərin müstəsna rolu olub. Xalqın tələb və təkidi ilə ulu öndərin hakimiyyətə gəlişindən sonra təhsilin modernləşdirilməsi istiqamətində xeyli işlər görüldü.

 

“Təhsilin inkişaf strategiyası” Heydər Əliyevin sərəncamı ilə qəbul olundu. Bu da öz növbəsində yeni məktəb siyasətinin qurulmasında mühüm rol oynadı. Hesab edirəm ki, Azərbaycan dilinin ana dili kimi qüdrətli xarakter daşıması eyni zamanda təhsil sisteminin qurulmasında Heydər Əliyevin müstəsna rolu var”.