Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-12 12:08:00
“Örnək müəllim”dən maraqlı layihə : Şagirdləri müəllim obrazında... VİDEO/ FOTOLAR

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə “Örnək müəllimlər" layihəsini həyata keçirib. 

 

Şəki-Zaqatala regionundan seçilən “Örnək müəllimlər”dən biri 11 nömrəli tam orta məktəbin Kimya müəllimi Xatirə Şabəddinovadır.

 

O, pedaqoji fəaliyyəti dövründə rayon, eləcə də respublikanın ən qabaqcıl müəllimlərindən biri kimi tanınır. Müxtəlif layihələrin müəllifi və iştirakçısı olan Xatirə Şabəddinova həmin layihələrdə şagirdləri ilə birgə bir sıra uğura nail olub.

 

“Örnək müəllim” dərslərini daha effektiv və təhsilalanlar üçün daha motivasiyaedici etmək üçün şagirdləri ilə maraqlı bir layihə tərtib edib. Belə ki, könüllü şəkildə dərs izah etmək istəyən şagird bir gün boyunca müəllim obrazında çıxış edir.

 

Müəllim kimi dərs keçən şagird ilk növbədə əvvəlki dərslə yeni dərs arasında inteqrasiya yaratmaq üçün sual-cavab edir, daha sonra isə yeni dərsin izahını verməyə başlayır. Bu dərs müvafiq praktika əsasında həyata keçir. 

 

İllərdir ki, tətbiq olunan və şagirdlər tərəfindən maraqla qarşılanan bu layihə, onların dərsi daha rahat və səmərəli şəkildə qavramalarına böyük yardımçı olur.

 

Layihə əsaslı kimya dərsində şagird Leyla İdrisovanın praktik üsullarla izah etdiyi elektrolitlər və qeyri elektrolitlər mövzusunu izləmək üçün “Telegram” kanalımıza keçid edə bilərsiniz: https://t.me/azeduT/693

 

Açıklama yok.

 

Açıklama yok.

 

Açıklama yok.