Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-11 15:29:00
Şura sədri: Məktəbəqədər təhsilin əhatəliliyi artırılır

"Məktəbəqədər təhsilin əhatəlik səviyyəsinin artması istiqamətində müvafiq işlər görülür"

 

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. 

 

Bildirib ki, bunun üçün müxtəlif təklif və planlar irəli sürülür:

 

"Elm və Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı elmi-praktiki beynəlxalq konfransda məktəbəqədər təhsillə bağlı maraqlı məqamlara toxunub.  Əslində məsələ aydın, detallı və şəffaf şəkildə izah edilib və təbii ki, sahənin içində olmadıqda suallar yaranması olduqca təbiidir. Məktəbəqədər təhsilin əhatəlik səviyyəsi 37%- dir ( 2013-cü ildən 16%-dən 37%-ə yüksəlib). Bu faizin artması istiqamətində müxtəlif təkliflər, planlar var. İcma əsaslı məktəbəqədər təhsil, bağçalar və məktəbəqədər hazırlıq və s. planlarla yanaşı özəl bağçaların da prosesə cəlbi nəzərdə tutulur. Dövlət-özəl əməkdaşlıq çərçivəsində gələcək planlar və layihələr var. Bu model dünyada tətbiq olunan sahədir. Ümumi bu məsləyə dövlət sifarişi desək də, metod olaraq fərqli mexanizmlər (vauçer, sifariş, maliyyələşmə və s) tətbiq etmək olar".

 


Şura sədri qeyd edib ki, məktəbəqədər təhsilin önəmini ümumtəhsildə təbii ki, görmək mümkündür və zaman baxımından tezliklə ali təhsilə təsiri də görünəcəkdir:

 

"Təhsilin ilkin pilləsi məhz ən önəmli pillədir. Bu həm də təhsilə psixoloji yanaşmanın formalaşması anlamını daşıyır. Təhsildə islahatlar gedir və davam edəcəkdir. Məni həm də sevindirən tərəf təhsillə bağlı məsələlərin medianın diqqətində olmasıdır".