Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-06 10:07:00
Sahibkarlardan tələbələrə təqdirəlayiq JEST...
Bir neçə xeyirxah sahibkar xanım tərəfindən, Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan 9 tələbəsinin təhsil haqqı ödənilib.
 
 
AzEdu.az xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov rəsmi feysbuk hesabında paylaşım edib. 
 
 
Bildirib ki, tələbələrə 23500 manatlıq təhsil haqqlarının ödənilməsinə yardım göstərilib:
 
 
"Azərbaycanın intellektual əsgərləri olan bu gənclərin də xeyriyyəçilik ənənələrini davam etdirəcəyinə və gələcəkdə peşəkar kadr kimi yetişərək digər tələbələrə də dəstək göstərəcəklərinə əminəm.
 
 
Xeyirxah və xeyriyyəçilik ənənələrimizə sadiq qalaraq bu gözəl təşəbbüslərinə görə hörmətli xanımlarımıza dərin minnətdarlığımı bildirirəm",- deyə rektor əlavə edib.