Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-29 11:28:18
Milli tələbə müsabiqəsinin açılış mərasimi olub

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 300 tələbənin iştirakı ilə “Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.

 

 

Təhsilin İnkişafı Fondundan AzEdu.az-a bildirilib ki, “Bir Könüllü” tələbə təşkilatının rəhbəri Leyla Zeynalova müsabiqə barədə ətraflı məlumat verib.

 

 

Tədbirdə iştirak edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov gənclər üçün təşkil olunan və yekununda ortaya məhsul qoyan bu cür layihələrin əhəmiyyətindən bəhs ediblər.

 

Ardınca Təhsilin İnkişafı Fondunun rəhbəri Elnur Nəsibov və Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev iştirakçılara tələbəlik illərində təhsilin müxtəlif faydalı imkanlarını dəyərləndirməyi tövsiyə ediblər.

 

 

Qeyd edək ki, hakaton formatında keçirilən müsabiqənin əsas məqsədi iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarının dəyərləndirilməsidir.