Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-29 09:20:00
Tələbələr üçün qış transfer pəncərəsi açılacaq? – RƏSMİ AÇIQLAMA

Hər il tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu həyata keçirilir.

 

Əvvəlki illərdə yay və qış olmaqla ildə 2 dəfə transfer pəncərəsi açılırdı.

 

Tələbələrdən ən çox ünvanlanan suallardan biri 2024-cü ildə qış transfer pəncərəsinin açılıb-açılmamağı ilə bağlıdır.

 

AzEdu.az Təhsil Portal olaraq mövzu ilə əlaqədar Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.

 

Elm və Təhsil Nazirliyindən bildirilib ki, ali məktəbdə təhsil alan tələbələrin köçürülməsi ilə bağlı qanunvericilikdə edilən dəyişikliyə əsasən artıq növbəti illərdə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrində (bir ixtisasdan və ya təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək. 

 

“Transfer pəncərəsi sadəcə ildə bir dəfə olmaqla, yay tətili müddətində açılacaq” – deyə nazirlikdən əlavə olunub.