Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-28 12:04:27
Eşqi Bağırov: Bağçalarda qidalanma ilə bağlı dəyişikliklər edilməsi nəzərdə tutulur

Məktəbəqədər təhsil müəssisələrində qida rasionlarının tətbiqi normaları qanunvericiliklə tənzimlənir. Bu normativlərin müəyyən olunmasında aidiyyəti səhiyyə qurumları və bu prosesin, eləcə də iaşə xidmətlərinin təşkili üçün müvafiq qurumlar cəlb olunub.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib. O bildirib ki, nazirliyin həm səhiyyə, həm qida təhlükəsizliyinə məsul olunan qurumlarla əməkdaşlığı var. Növbəti ilin əvvəlində bağçalarda qidalanma ilə bağlı mövcud normativ sənədlərdə dəyişikliklər edilməsi nəzərdə tutulur.